Məzmuna keç
  • Brent neft92.41 $▲1.23%
  • WTI neft86.10 $▲0.97%
  • Avropa qazı (TTF)90.00 €▲3.19%
  • Təbii qaz (ABŞ)3.275 $▲0.21%
  • Qızıl3 952 $▼0.71%
  • Gümüş51.06 $▼0.71%
  • Pambıq82.88 ¢▲0.66%
  • Buğda597.25 ¢▼0.71%
  • Bitcoin72 955 $▼1.32%
  • Ethereum2 026 $▼1.35%
  • S&P 5007 619▲1.29%
14°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

"Rusiya-Ukrayna müharibəsi 6 ay sonra başa çatacaq" - Ukraynanın keçmiş xarici işlər naziri

image-thumb600x0-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiya ilə müharibədə Ukraynanın məğlubiyyətindən danışa bilmərik, çünki ukraynalılar kölə xalq deyillər, onlar heç vaxt Rusiyanın boyunduruğu altında olmağa razı olmayacaqlar. Ona görə də məğlubiyyət variantını müzakirə etməyə belə dəyməz”.

Busaat.az  xəbər verir ki, bu fikirləri diplomat, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko deyib.

“Söhbət yalnız Ukraynanın qələbəsinin vaxtından gedir və o, Ukrayna Silahlı Qüvvələrinin nə qədər tez silah almasından və Rusiya iqtisadiyyatının nə qədər tez Putin rejimini qidalandırmaq iqtidarında olmamasından asılıdır. NATO Baş katibi Stoltenberqin sözlərindən fərqli olaraq, Ukraynada müharibə illər boyu uzanmayacaq. NATO-ya Boris Conson kimi bir adam rəhbərlik etməlidir – qətiyyətli, irəliyə baxan və dünənki səhvi təkrarlamayan. Ona görə də Stoltenberqi rahat buraxmaq daha yaxşıdır, qoy nə istəyir desin. Ukraynada müharibə illər boyu uzanmayacaq”, – Oqrızko qeyd edib.

Diplomat Rusiyanın müharibə üçün kifayət qədər resursunun olmamasının bir neçə səbəbini dilə gətirib:

“Əgər gələn ilin əvvəlində Qərb Rusiya neftindən tamamilə imtina etsə, sanksiyalar tətbiq olunmaqda davam etsə, o zaman Rusiyanın ordusunu qidalandıracaq heç bir şeyi olmayacaq. Rusiya iqtisadiyyatı artıq dayandırılır: hərbi sənaye kompleksinin bir çox müəssisəsi fəaliyyət göstərmir, tank istehsalı zavodu, avtomobil, təyyarə sənayesi dayanır. Rusiya, fikrimcə, ən çoxu altı ay balansı saxlaya biləcək. Bundan təxmini nəticə çıxara bilərik ki, bu müharibə nə qədər davam edəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82072