
Rusiya Ukraynanın bu şəhərini “İsgəndər”lə vurdu
Rusiya ordusu Ukraynanın Donetsk Vilayətinin Kramatorsk şəhərinə “İsgəndər” raketi ilə zərbə endirib.
Busaat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti administrasiyasının sədri Pavel Kirilenko bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
“Bu, şəhərin mərkəzinə edilən hücum idi. Əvvəl hava bombası olduğunu düşündük, indi isə ekspertlər bunun “İsgəndər” tipli raket olduğunu bildirirlər”, – Kirilenko qeyd edib.






















