Rusiya və KTMT-nin hərbi münaqişəyə müdaxilə etmək üçün heç bir əsası yoxdur – ŞƏRH

Rusiya və KTMT-nin hərbi münaqişəyə müdaxilə etmək üçün heç bir əsası yoxdur – ŞƏRHbackend

Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq təcavüzkar ölkəyə qarşı özünümüdafiə hüququnu həyata keçirmək çərçivəsində hərbi əməliyyatlarına başlaması Ermənistana qarşı təcavüz, eyni zamanda, KTMT-nin Azərbaycana qarşı kollektiv təhlükəsizlik mexanizmini işə salması üçün hüquqi əsas sayıla bilməz.

Bunu beynəlxalq hüquq üzrə ekspert Fərhad Mirzəyev Azərbaycanın “Zerkalo” nəşrinə verdiyi müsahibəsində deyib.

O, bildirib ki, ilk növbədə 7 oktyabr 2002-ci ildə Kişinyovda qəbul edilmiş KTMT Nizamnaməsinə istinad etmək lazımdır. 3-cü maddədə deyilir: “Təşkilatın məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlərin nail olmaq üçün siyasi vasitələrə üstünlük verdiyi müstəqillik, ərazi bütövlüyü və suverenliyinin kollektiv əsasda qorunmasıdır”.

KTMT Nizamnaməsinin 4-cü maddəsində deyilir: “Təşkilat öz fəaliyyətində üzvü olmayan dövlətlərlə əməkdaşlıq edir, təhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq hökumətlərarası təşkilatlarla əlaqələr saxlayır. Təşkilat beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinə əsaslanan ədalətli, demokratik dünya nizamının formalaşmasına öz töhfəsini verir”.

 

 

İndi isə 15 may 1992-ci il tarixli Ukrayna, Moldova və Türkmənistan xaricində 9 keçmiş Sovet respublikası tərəfindən imzalanan Kollektiv Təhlükəsizlik Müqaviləsinin 1-ci maddəsinə müraciət edək.

Azərbaycan bu sənədi 24 sentyabr 1993-cü ildə imzalayıb. Müqavilə 20 aprel 1994-cü ildə 5 il müddətinə qüvvəyə minib, lakin Gürcüstan və Özbəkistanla yanaşı, Azərbaycan da 2 aprel 1999-cu ildə müqavilə müddəti bitdikdən sonra onu yeniləməyib”, – deyə ekspert bildirib.

Ermənistan və Azərbaycanın iştirakçıları olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsinin 1-ci maddəsinə əsasən “İştirakçı-dövlətlər dövlətlərarası münasibətlərdə güc tətbiq edilməsi və ya güc təhdidindən imtina edilməsi öhdəliyini təsdiqləyirlər. Öz aralarında və digər dövlətlər arasındakı bütün fikir ayrılıqlarını sülh yolu ilə həll etməyi öhdələrinə götürürlər”.

Yəni, imzalandığı zaman Ermənistan artıq bu müqavilədəki öhdəliklərini pozmuş, Azərbaycana, onun ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşı güc tətbiq etmişdi ki, bu da BMT Təhlükəsizlik Şurasının Rusiyanın da Təhlükəsizlik Şurasının daimi üzvü olaraq səs verdiyi  822, 853, 874 və 884 saylı qətnamələrində qətnamələrində açıq şəkildə qəbul edilib.

“Ermənistanın fəaliyyətləri onun KTMT-nin nizamnaməsi əsasında gözləməyi öhdəsinə götürdüyü beynəlxalq hüququn fundamental prinsiplərini pozur, təşkilatın məqsəd və tapşırıqlarına ziddir”.

Beləliklə, beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar ölkəyə hərbi yardım göstərəcək digər hər hansı bir ölkə KTMT üzvü – təcavüzkar ölkələr sırasında olacaq.

Ermənistana mütəmadi olaraq spekulyasiyaların və bu təcavüzkar ölkənin siyasi və hərbi məqsədləri üçün KTMT kollektiv təhlükəsizlik sisteminin istifadə olunmasının yolverilməzliyini göstərən Rusiya Federasiyasının sözügedən məsələdə tamamilə düzgün və balanslı mövqeyinin əsasında bu dayanır”, – F. Mirzəyev bildirib.

Mərmilərin təsadüfən birbaşa Ermənistan ərazisinə düşməsi və ya Azərbaycan ordusunun hərbi fəaliyyətləri nəticəsində yaranmış digər zərərlərə gəldikdə isə ekspert qeyd edib ki, burada beynəlxalq hüququn iki aspektinə diqqət göstərmək lazımdır: Azərbaycana özünümüdafiə hüququ verən və “yanaşı zərər” (collateral damage) konsepsiyasına daxil olan təcavüzə qarşı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq adekvat və mütənasib cavab.

Ermənistanın Dağlıq Qarabağ ərazisini və ona bitişik yeddi rayonu işğal etdiyini nəzərə alsaq, Azərbaycan da məhz bu ərazidə özünümüdafiə hüququ çərçivəsində hərbi əməliyyatlar aparır.

Lakin beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycan Ermənistanın öz ərazisindən gələn hər cür təcavüzə adekvat cavab vermək hüququna da malikdir. Başqa sözlə, Azərbaycanın Ermənistanın təcavüzünə cavab olaraq özünümüdafiə hüququndan istifadə etdiyini nəzərə alsaq, əslində həm Ermənistan ərazisinə təsadüfən mərmilərin düşməsi, həm də Ermənistan ərazisindən istənilən təcavüzə qarşı planlı cavab beynəlxalq hüquq baxımdan tamamilə yolveriləndir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90