
Rusiya və Türkiyə diplomatları taxıl müqaviləsini, Qarabağ və Suriyadakı vəziyyəti müzakirə ediblər
Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində türkiyəli həmkarı Burak Akçapar ilə görüşüb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya missiyası məlumat yayıb.
Tərəflər Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılmasından sonra 22 iyul 2022-ci il tarixli İstanbul razılaşmaları ətrafında vəziyyəti ətraflı müzakirə ediblər. Bundan başqa, Cənubi Qafqazda baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yönəldilib.
“Tərəflər qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ən yoxsul ölkələrin dəstəklənməsinin vacibliyini vurğulayıblar və regional böhranların həllində siyasi və diplomatik üsullara alternativ olmadığına dair razılığa gəliblər”, – missiya qeyd edib.























