Rusiyada 14 fevralda ən çox bu hədiyyələr alınıb

image-kreml-1backend

Rusiyada smartfonlar sevgililər günü üçün əsas hədiyyə siyahısından çıxıb. Bu il cütlüklər bir-birinə daha çox simsiz qulaqlıq və ağıllı səsucalıdıcı alıb. Bu il kişilər hədiyyə seçərkən daha qənaətcil olub.

Busaat.az xəbər verir ki, bayram ərəfəsində MegaFon-un onlayn mağazasında satışlar 20% artıb.

Simsiz qulaqlıqlar bayram ərəfəsində satışların yarıdan çoxunu təşkil edərək bu ilin ən populyar hədiyyəsinə çevrilib. Bir il əvvəl Apple kişilər və qadınlar arasında ən çox arzulanan brend idisə, bu il alıcılar daha sərfəli qiymətə Honor, JBL və Xiaomi modellərini seçməyə başlayıb. ABŞ brendi olan İphone dördüncü yeri tutub.

Məşhur hədiyyələr sıralamasında ikinci yerdə ağıllı səsucaldıcılar durur.

Ağıllı saatlar sıralamada üçüncü yerdədir. Apple Watch-un müxtəlif modelləri satışda liderlik edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90