Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.28 $▼2.37%
  • WTI neft84.23 $▼0.60%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.250 $▲2.78%
  • Qızıl3 766 $▼0.54%
  • Gümüş45.60 $▼0.47%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin63 960 $▼1.41%
  • Ethereum1 791 $▼1.76%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Rusiyada azərbaycanlını öldürən yol polisi həbs edildi

image-polis
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi silahla qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusev barəsində 2 aylıq həbs qərarı verib.

Busaat.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Qusev vəzifə səlahiyyətlərini aşma və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə ittiham olunur.

Polis inspektoru növbəti iki ayı istintaq təcridxanasında keçirəcək.

Qeyd edək ki, hadisə mayın 28-də baş verib. Aleksandr Qusev Vəkil Abdullayevin içərisində olduğu “Toyota” markalı avtomobilə saxla əmri versə də, sürücü buna əməl etməyib. Daha sonra otellərdən birinin qarşısında dayanan “Toyota”nın sürücüsü və sərnişinləri qaçmağa başlayıb. Qusev onlardan birini yaxalayarkən tabel silahından açdığı atəş nəticəsində Vəkil Abdullayevi başından ölümcül yaralayıb. V.Abdullayev xəstəxanada dünyasını dəyişib.

image-2319205c54b0e5f1ba36921c58219c20

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48415