Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.93 $▼3.83%
  • WTI neft82.09 $▼3.13%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Qızıl3 729 $▼1.52%
  • Gümüş45.00 $▼1.78%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 368 $▼3.86%
  • Ethereum1 762 $▼3.31%
  • S&P 5007 324▼0.23%
7°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Rusiyada koronavirusun daha bir təhlükəli növü TAPILDI

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya alimləri xəstələrdən birinin orqanizmində koronavirusun 18 yeni mutasiyaya uğramış növünün vəziyyətini izah edən preprint hazırlayıblar.

Busaat.az xəbər verir ki, Skolkovsk adına Elm və texnologiyalar (Skoltex) institutunun alimləri Rusiya Elmlər Akademiyasının A.A Xarkeviç adına İnformasiyanın ötürülməsi problemləri İnstitutunun, İ.M.Pavlov adına Birinci Dövlət Tibb Universitetinin tədqiqatçıları ilə birlikdə elmi iş hazırlayıblar.

Preprintdə koronavirusa yoluxmuş 47 yaşlı qadının xəstəlik tarixçəsi qeyd edilib. O, apreldə kimya terapiya üsulu ilə müalicə olunarkən palatada koronavirusa yoluxub. Həmin vaxtdan ondan PZR üsulu ilə dəfələrlə analiz götürülüb və test ötən ilin 9 sentyabrına qədər müsbət nəticələr verib.

Virusun yeni variantının mutasiyaları daha əvvəl SARS virusunun inkişafı zamanı müşahidə olunan növlə uyğun gəlir.

Rusiya alimlərinin aşkarladıqları on səkkiz mutasiyadan ikisi daha əvvəl Danimarkada su samurlarında da tapılıb. Həmin vaxt bu ölkədə patogenin yeni variantının daha sürətli çoxalmasından və peyvəndin effektivliyinin şübhə altına düşə bilməsindən ehtiyatlanaraq heyvanları məhv ediblər.

“Sputnik V” koronavirus vaksininin istehsalçısı Aleksandr Qinsburq da qeyd edib ki, Rusiyada koronavirusun unikal ştammının olması ehtimalı var.

Qeyd edək ki, ötən il dekabrın ortalarında Britaniyada koronavirusun yeni ştammı aşkarlanıb. Eyni zamanda bir neçə gün əvvəl Yaponiya alimləri də COVID-19-un daha bir növünü qeydə aldıqlarını xəbər veriblər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri bir neçə dəfə koronavirusun mutasiyaya uğrayacağı barədə xəbərdarlıq ediblər. Koronavirusun yeni ştammları daha çox yoluxdurucu olduğundan əvvəlki variantla müqayisədə 70% sürətlə yayılır. Lakin COVID-19-un bu variantından ölüm və ya ağırlaşma halları hələ müşahidə edilməyib. / “Report”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=30857