Rusiyada qəzaya düşən təyyarənin “qara qutu”su tapıldı

image-qaraqutubackend

Rusiyanın İrkutsk vilayətində sərt eniş etmiş sərnişin təyyarəsinin qara qutularından biri tapılıb.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, L-410 sərnişin təyyarəsi sentyabrın 12-si Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. Hadisə nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi pilot, ikisi isə sərnişindir. 12 nəfər isə xəsarət alıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90