Rusiyada Şamil Basayevin dəstəsinin üzvləri saxlanıldıbackend

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Şamil Basayevin dəstəsinin iki üzvünü saxlayıb.

Busaat.az xəbər verir ki, bu barədə FSB-nin Mətbuat xidməti məlumat yayıb.

Saxlanılanların 1999-cu ildə Dağıstanda təşkil olunan və 280-dən çox insanın ölümü ilə nəticələnən Botlix bölgəsinə terror hücumunun iştirakçısı olduğu bildirilib.

“Rusiya Federasiyası FSB, Rusiya Daxili İşlər Nazirliyi, Rusiya Federasiyası İstintaq Komitəsi və Rusiya Qvardiyasının hərbi dəstəyi ilə birlikdə 1999-cu ilin avqust ayında Botlix rayonunda baş verən silahlı hücumun iştirakçıları, Stavropol bölgəsinin yerli sakinləri – 1975-ci il təvəllüdlü Maylubayev Rəsul və 1977-ci il təvəllüdlü Yakubov Zakir tutularaq ilkin istintaq orqanına gətirilib”,- deyə açıqlamada bildirilib.

Xatırladaq ki, 1999-cu ilin avqust ayında Botlix bölgəsinə quldurların hücumu zamanı 280-dən çox adam həlak olmuş və 800-dən çox hərbi qulluqçu, hüquq-mühafizə orqanı zabiti və mülki şəxs yaralanmış, Dağıstan iqtisadiyyatına ciddi ziyan dəymişdi.