Rusiyada sərnişin təyyarəsi radarlardan itdi

image-teyyareradarbackend

Rusiyada “An-26” tipli sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka əyaləti üzrə Baş idarəsinin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, 6 iyul tarixində Petropavlovsk-Kamçatka-Palana reysi üzrə sərnişin daşıyan “An-26” təyyarəsi plan üzrə nəzərdə tutulan vaxtda əlaqə yaratmayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 1 uşaq, 6 heyət üzvü də daxil olmaqla 22 sərnişin var.

Petropavlovsk-Kamçatska ərazisindən və Ossora qəsəbəsindən regional axtarış-xilasetmə bazasının xilasediciləri təyyarənin axtarışına başlayıb. FHN-in Kamçatka əyaləti üzrə axtarış-xilasetmə qrupları da axtarışlara qoşulub.

Həmçinin qeyd olunur ki, tələb olunarsa, axtarışlar zamanı “Mi-8” vertolyotu və “İl-38” hərbi təyyarələrindən də istifadə olunacaq.

***

TASS agentliyi xəbər verir ki, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 23 sərnişin olmaqla 29 nəfər olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90