Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.34 $▲1.00%
  • WTI neft86.51 $▲0.98%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.307 $▲2.93%
  • Qızıl4 053 $▼1.75%
  • Gümüş52.39 $▼1.62%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda592.25 ¢▲0.59%
  • Bitcoin73 746 $▲0.06%
  • Ethereum2 064 $▲0.65%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Rusiyadan AZAL-ın təyyarəsi ilə bağlı son dəqiqə AÇIQLAMASI 

image-azalsa_1763384197
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin istintaqı başa çatıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin beynəlxalq konfransda məlumat verib.

O, təyyarə qəzasının araşdırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəli mütəxəssislərinin cəlb olunduğunu bildirib: “Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=176523