Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.17 $▲0.56%
  • WTI neft88.64 $▲0.44%
  • Avropa qazı (TTF)92.47 €▼1.32%
  • Təbii qaz (ABŞ)3.270 $▼1.86%
  • Qızıl3 900 $▼0.44%
  • Gümüş50.02 $▼0.46%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.75 ¢▲0.76%
  • Bitcoin69 224 $▼3.01%
  • Ethereum1 958 $▼2.96%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Rusiyadan Brüssel görüşünə kəskin reaksiya – “Bu, Moskvanın uğurlarını həyasızcasına mənimsəmək cəhdinə bənzəyir”

image-russian-foreign-ministry-spokeswoman-zakharova-gives-press-briefing
MOSCOW, RUSSIA - MARCH 29, 2022: Russian Foreign Ministry Spokeswoman Maria Zakharova during a press briefing on Russia's current foreign policy. Russian Foreign Ministry/TASS Россия. Москва. Официальный представитель МИД России Мария Захарова во время брифинга по текущим вопросам внешней политики. Пресс-служба МИД РФ/ТАСС
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı fəaliyyətini geosiyasi ambisiyalar müəyyən edir”.

Busaat.az “AzPolitika.info”-ya istinadən xəbər verir ki, bunu ənənəvi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin bugünkü görüşü barədə sualı cavablandırarkən deyib.

“Moskva İrəvan və Bakı ilə birlikdə ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmaların bütün müddəalarının həyata keçirilməsinə diqqət ayırıb”, – Zaxarova əlavə edib.

O, razılaşdırılmış üçtərəfli formatlar çərçivəsində işin daha məzmunlu olduğunu vurğulayıb. Rusiya XİN təmsilçisi bu kontekstdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə üçtərəfli işçi qrupunu misal çəkib.

“Ümumiyyətlə, biz görürük ki, Aİ-nin Cənubi Qafqazdakı fəaliyyəti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə vermək istəyi ilə deyil, geosiyasi ambisiyalarla müəyyən edilir. Bunlar avropalıların psevdotəşəbbüsləridir. Bu, daha çox Moskvanın vasitəçilik uğurlarını həyasızcasına mənimsəmək cəhdinə bənzəyir”, – deyə M.Zaxarova vurğulayıb.

O, sonda qeyd edib ki, Rusiya vasitəçi kimi fəal işləyir və Moskvanın apardığı iş konkret nəticələr verir. Bu da İrəvanda və Bakıda müsbət qiymətləndirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84645