Rusiyadan gətirilən 67 ton kartof məhv edildi

image-kartofrusiyabackend

“ZE-DENT” MMC tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna baxış keçirilib.

AQTA-dan  verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” – kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90