Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.89 $▼0.59%
  • WTI neft85.79 $▼0.98%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.291 $▲0.00%
  • Qızıl3 986 $▼1.69%
  • Gümüş51.45 $▼2.05%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda599.50 ¢▲0.93%
  • Bitcoin73 750 $▼0.24%
  • Ethereum2 056 $▲0.09%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Rusiyadan Paşinyanın son “KTMT açıqlaması”na REAKSİYA

image-1733392362_image_750x_675173893662cjpg-1733400260
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistanın təhlükəsizliyini ancaq KTMT təmin edə bilər. Gec-tez Ermənistanın KTMT və digər ölkələrlə olan fikir ayrılıqları öz həllini tapacaq”.

Busaat.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatı (KTMT) ilə İrəvan arasında münasibətlərə dair son bəyanatını şərh edərkən deyib.

“Prezidentimiz də bu məsələyə dair mövqeyini bildirib. Ümid edirik ki, gec-tez Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan fikir ayrılıqları aradan qalxacaq. Mən sadəcə, KTMT-dən başqa xarici təhlükə zamanı Ermənistanın təhlükəsizliyini kimin təmin edə biləcəyini görmürəm”, – deyə rusiyalı senator qeyd edib.

Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bir neçə gün öncə qeyd edib ki, Ermənistanla KTMT arasında münasibətlərin dondurulması ilə bağlı vəziyyətin Qarabağa heç bir aidiyyatı yoxdur.

“KTMT-də iştirakımızın dondurulması kontekstində biz Qarabağ mövzusuna ümumiyyətlə toxunmadıq”, – Paşinyan vurğulayıb.

“Biz bildirdik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz heç bir sənədin işlənib hazırlanmasında və müzakirəsində iştirak etmirik, təklif vermirik, təkliflərə heç bir şəkildə reaksiya vermirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq. Biz artıq özümüzü KTMT-dən kənarda hesab edirik. Onlar nə istəyirlər, qərar versinlər, biz həmkarlarımıza hörmət edərək onların işlərinə qarışmırıq. Amma yenə deyirəm, bu hadisələrlə onların qarşılıqlı ictimai ifadəsi arasındakı uçurum Ermənistan Respublikasının KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Hesab edirəm ki, biz burada geri dönüş nöqtəsini keçdik”, – Paşinyan vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154910