Ukrayna Donbassda hərbi əməliyyatlara hazırlaşır. Rəsmi Kiyev qondarma DXR və LXR sərhədlərinə Türkiyədə istehsal olunan “Bayraktar TB2” pilotsuz uçan aparatları gətirib.
Busaat.az Ukrayna mediasına istinadən xəbər verir ki, bununla bağlı informasiyalar bir müddət əvvəl sosial şəbəkələrdə də geniş yayılmışdı.
“Voenniy Obozrevatel” Telegram kanalının müəlliflərinin verdiyi məlumatlara görə, Kramatorsk şəhərinə artıq altı pilotsuz təyyarə göndərilib.
Xatırladaq ki, bu həftənin əvvəlində qondarma “DXR” rejiminin Təhlükəsizlik Şurasının keçmiş katibi Aleksandr Xodakovski bildirmişdi ki, Dağlıq Qarabağdakı senari tezliklə bu bölgədə də həyata keçiriləcək. Separatçı rejimin məğlubiyyəti isə qaçılmazdır.
Konkret.az