Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 543 $▼5.39%
  • Ethereum1 782 $▼7.57%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Analitika

“Rusiyanın bu açıqlaması erməniləri qorxutmaq üçündür” - ŞƏRH

image-627da982-1d95-4bcb-b348-39229f64fdf1_w1200_r1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hazırda Ermənistanla Rusiya arasında siyasi vəziyyət gərgindir”.

Bunu Rusiyanın tanınmış ictimai xadimi Sergey Markovun “2025-ci ildə Azərbaycan Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmayacaq, Azərbaycan Ordusu sakitcə Xankəndiyə daxil olacaq” açıqlamasını şərh edən politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

image-elsad_hesenov

O, bildirib ki, 2020-ci il “10 Noyabr” bəyannaməsinin şərtlərinə uyğun olaraq sülhməramlılar Qarabağda beş illik fəaliyyətə başladı: “Ruslar ermənilərə – yəni qədim silahdaşlarına kömək etməyə başladı. Sülhməramlılar ermənilərin Ermənistandan Xankəndiyə qayıtmasına şərait yaratdı. Onlar üçün xəstəxana açıldı, humanitar yardım göstərildi. Sülhməramlıların Qarabağdakı fəaliyyət müddətinin artıq iki ili keçib. Sergey Markov Rusiya siyasi rəhbərliyinin yaxın adamıdır. Hazırda Ermənistanla Rusiya arasında siyasi vəziyyət gərgindir. Paşinyan Ukraynada başının qarışmasından istifadə edərək Rusiyadan yaxa qurtarmaq və Qərbdə daha güclü havadar tapmaq istəyir. Markovun bu açıqlaması erməniləri qorxutmaq üçündür. Demək istəyir ki, əgər rus sülhməramlıları bölgəni tərk etsə Azərbaycan ordusu Xankəndiyə daxil olacaq”.

Politoloq Xankəndinin sonrakı taleyindən danışıb: “2025-ci ilə qədər Azərbaycan Xankəndidə və digər bölgələrdə ərazi bütövlüyünü təmin edəcək. Qarabağın Azərbaycana aid olduğunu bütün dünya təsdiq edir. Yaxın zamanda revanşist qüvvələri ərazimizdən təmizləyəcəyik. Xankəndidə yaşayan ermənilər Azərbaycan vətəndaşlığın qəbul edərsə sosial təminatları yaxşılaşacaq. Bayrağımız altında yaşamaq istəməyənlər isə çıxıb gedə bilər”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96929