
Rusiyanın bu addımı onun hegemonluğunu artıra bilər" - Politoloq rəyi
“Rusiyanın qəbul etdiyi yeni qərar bir növ beynəlxalq aləmdə öz təhlükəsizliyini qorumaq xarakteri daşıyır”.
Rusiya prezidenti Vladimir Putin nüvə silahından istifadə ilə bağlı yeni sənəd imzalayıb. Sənədə əsasən, Rusiya ona və ya müttəfiqlərinə qarşı nüvə silahı və ya digər kütləvi qırğın silahları tətbiq edilərsə, nüvə silahından istifadə etməyə hazır olacaq.
Politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında Rusiyanın yeni qərarını şərh edib.
İlyas Hüseynov bildirib ki, düşmən nüfuzlu ictimai və ya hərbi obyektlərə müdaxilə edərsə, Rusiya nüvə silahından istifadə edəcək:
“Son 6 ildə geosiyasətdə müəyyən dəyişikliklər baş verib. Nəticədə müasir silahlanmaya hipersəs və lazerli silahları, raket və pilotsuz uçuş aparatları və digər silahlar daxil edilib. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin yeni doktrinası da beynəlxalq münasibətlərdə yeni hal kimi dəyərləndirilir. Rusiyanın qəbul etdiyi yeni qərar bir növ beynəlxalq aləmdə öz təhlükəsizliyini qorumaq xarakteri daşıyır və bu addım başadüşüləndir. Sadəcə Rusiyanın bu addımı regional müstəvidə də onun hegemonluğunu artıra bilər”.
Gülay























