Məzmuna keç
  • Brent neft92.58 $▲0.54%
  • WTI neft86.70 $▲0.36%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.291 $▼0.24%
  • Qızıl4 065 $▲0.54%
  • Gümüş52.95 $▲2.12%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda600.75 ¢▲1.22%
  • Bitcoin73 716 $▲0.02%
  • Ethereum2 062 $▲0.57%
  • S&P 5007 521▼0.37%
9°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

”Rusiyanın nifrəti ukraynalılara, Ukraynanın mədəniyyətinə və tarixinədir” - Zelenski

image-zelenski
zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”.

Busaat.az  “İnterfax”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Beynəlxalq Komitəsi Forumuna (“American Jewish Committee Global Forum”) müraciətində bildirib.

“Rusiya hələ də ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər güc var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm. Onun Ukraynaya və Avropada azadlığa qarşı müharibəni davam etdirmək gücü nifrətdədir. Onun nifrəti ukraynalılara, Ukraynanın mədəniyyətinə və tarixinədir”, V.Zelenski bildirib.

O qeyd edib ki, müharibənin dəhşətinə baxmayaraq Ukrayna müxtəlif mədəniyyətlər üçün açıqdır.

Ukrayna Prezidenti daha sonra vurğulayıb: “Bizə güclü hücum silahları lazımdır. Onlar olmadan müharibə ancaq uzanacaq və qurbanların sayı artacaq. Mən bilirəm ki, sizin köməyiniz vacibdir. Siz öz təsirinizi artıra bilərsiniz. Çünki ümumi azadlığımızı, təhlükəsizliyimizi, mədəni müxtəlifliyimizi qorumaq üçün tarixi imkan yaranıb”.

Report

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79322