Rusiyanın vurduğu ABŞ dronu kəşfiyyat aparırmış – RƏSMİ

image-ryderbackend

Pentaqon Qara dəniz üzərində vurulan ABŞ-yə məxsus pilotsuz uçuş aparatının casusluq missiyası daşıdığını təsdiqləyib.

Busaat.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder çərşənbə axşamı jurnalistlərə bildirib.

“Qara dəniz üzərində Rusiya qırıcısı tərəfindən vurulan MQ-9 pilotsuz uçuş aparatı ISR (müşahidə və kəşfiyyat) missiyasında olub”, – mətbuat katibi deyib.

“Müdafiə Departamenti rəsmiləri yaşanan konkret hadisə ilə bağlı Rusiya hakimiyyət orqanları ilə danışmayıb. Mən bilirəm ki, Dövlət Departamenti insidentlə bağlı narahatlığımızı birbaşa Rusiya hökumətinə çatdırır”, – sözçü əlavə edib:

Dronun silahsız olub-olmadığını soruşduqda, Rayder belə cavab verib: “Mən bu xüsusi təyyarənin xüsusi profilinə girmək fikrində deyiləm, çünki bilirsiniz ki, MQ-9 silahlanma qabiliyyətinə malikdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki