Rusların növbəti özbaşınalığı: “Azərbaycan 10 noyabr sazişindən imtina etməlidir”

image-sulhbackend

Rusiya sülhməramlıları Ermənistan sakinləri üçün Dağlıq Qarabağda iş yerləri açmağa başlayıblar. Bu barədə Rusiyanın “Pervıy kanal” televiziyasında məlumat verilib.

Məlumata görə, ruslar ermənilərə Qarabağda iş yerləri açmaqla yanaşı, Xocalı hava limanında da uçuş zolağını daha 800 metr uzadaraq 3 km-ə çatdırmağı planlaşdırlrlar. Lakin, razılaşmalara əsasən, Azərbaycan tərəfinin icazəsi olmadan Qarabağda bu kimi fəaliyyətlərə yol verilə bilməz.

Mövzu ilə bağlı olaraq Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Busaat.az-a açıqlamasında bildirib ki, rus sülhməramlıları özbaşına deyil və onların həyata keçirdiyi bütün fəaliyyətlər mərkəzdən idarə olunur: “İstənilən sazişlər və razılaşmaların pozulması da məhz yüksək səviyyəli danışıqlar vasiətsi ilə öz həllini tapacaq”.

“Ancaq bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, rusların nəyisə nümayiş etdirmələri çox vaxt reallıqla uyğunlaşmır. Reallıq isə ondan ibarətdir ki, ermənilər nəinki Qarabağı, hətta Ermənistanı kütləvi şəkildə tərk edirlər. Ruslar da özlərini elə göstərir ki, guya Qarabağda müxtəlif formalarda ermənilərin problemlərini həll edirlər. Əslində isə bu, bir növ onlara məxsus təxribat üsullarıdır və reallıqdan çox ciddi şəkildə fərqlənir”-deyə, millət vəkili vurğulayıb.

image-asim

ADİP sədri onu da əlavə edib ki, ruslar bu məlumatları işıqlandrımaqla özlərini ermənilərə dəstəkçi göstərməklə yanaşı, həm də Ermənistanda qarşıdan gələn seçki prosesinə təsir etmək istəyirlər: “Bununla yanaşı, Rusiya həm də Ermənistanda dəstəklədiyi namizədlərdən birini hakimiyyətə gətirmək istəyi ilə seçki roliklərinə təsir etməyə çalışır. Yəni, Rusiya həm seçkidə öz istəyinə çatmaq, həm də Ermənsitanı öz təsiri altında saxlamaq üçün bu cür addmlar atır”.

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev isə Busaat.az-a açıqlamasında bu cür proseslərin qarşısının alınması üçün Azərbaycanın 10 noyabr Üçtərəfli sazişindən imtina etməli olduğu qənaətindədir: “Əks halda biz hər gün yeni sürprizlərlə üzləşəcəyik. Ona görə də Azərbaycanın ərazi bütövlüyünün bərapsı üçün yeganə yol 10 noyabr Üçtərəfli sazişindən imtina etməkdir. Ondan əvvəl isə Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalanmalı və Türkiyə ordusu Azərbayacana gətirilməlidir. Bunun başqa yolu yoxdur”.

VİP sədri Azərbaycanın 10 noyabr Üçtərəfli razılaşmasından çıxacağı təqdirdə Rusiyanın mümkün təzyiqlərinə də münasibət bildirib: “Əgər, biz razılaşmadan imtina etməkdən ehtiyat etsək, o zaman torpaqdan imtina etməliyik. Bu, təxminən ona bənzəyir ki, ruslar Donbassda, Krımda ağıllarına gələni edir, Abxaziya və Cənubi Ostetiyada separatçılara iş yerləri yaradır və Dnestryanı bölgədə rus əhalisi üçün eynisini edirlər. Lakin məgər Ukrayna, Moldova və Gürcüstan Rusiyanın gücündən qorxub geri addım atır? Əgər biz də torpaqlarımızı istəyiriksə, gec-tez bu təzyiqi gözümüzə alıb hərkətə keçməliyik. Halbuki, adlarını sadaladığım ölkələrin heç birinin Türkiyə kimi müttəfiqi yoxdur.

image-eli

“Ona görə də Azərbaycan üçün ideal vəziyyət bu məsələlərin həllini konstatasiya etməkdənsə, 10 noyabr sazişindən imtina etməkdir”-deyə, Əliyev fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90