Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun təxminən 38,300 (+160) nəfər lcanlı qüvvəsi, 1684 (+7) tank, 3879 (+5) zirehli döyüş maşınları, 846 artilleriya sistemləri, 248 (+1) reaktiv yaylım atəşi, 110 (+1) havadan müdafiə sistemi, 220 hərbi təyyarəsi, 188 helikopteri, 688 (+1) dronu, 166 (+4) qanadlı raketi, 15 gəmi/kateri, 2746 (+11 avtomobil texnikası və yanacaq çəni və 68 (+1) xüsusi texnikası məhv edilib.
Düşmən ən böyük itkini Baxmut istiqamətində verib.