Saad Xan İlham Əliyevi təbrik etdi

image-1704052406-ilham-aliyev987backend

İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun prezidenti Saad Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Busaat.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

On üzvü olan İqtisadi Əməkdaşlıq Təşkilatının ixtisaslaşmış agentliyi – Mədəniyyət İnstitutu Sizin liderliyinizi və Azərbaycan xalqına xidmətlərinizi yüksək qiymətləndirir. İnanırıq ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcəkdir.

Azərbaycan təşkilatımızın üzvü olan ölkələrin inkişafına və inteqrasiyasına mühüm töhfə verir. Biz inanırıq ki, Azərbaycanın dəstəyi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında mədəni mübadilənin və əməkdaşlığın təşviqində kollektiv səylərimizi əhəmiyyətli dərəcədə gücləndirəcək.

Seçkilərdə inamlı qələbəniz münasibətilə Sizə bir daha səmimi təbriklərimi çatdırır, qarşıdakı illərdə də Azərbaycan hökuməti ilə sıx əməkdaşlığımıza ümidvarıq.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90