Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft92.30 $▼0.18%
  • WTI neft84.53 $▼0.25%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.185 $▲0.73%
  • Qızıl3 781 $▼0.16%
  • Gümüş45.98 $▲0.36%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 635 $▼0.37%
  • Ethereum1 811 $▼0.64%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Saakaşvili həbsxanadan klinikaya köçürülə bilər

image-sakasvili
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili saxlanıldığı həbsxanadan Tbilisi klinikalarının birinə köçürülə bilər.

Busaat.az  “Pirveli” telekanalına istinadən xəbər verir ki, xüsusi həkim qrupu bu gün Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasını ziyarət edəcək və artıq 19 gündür aclıq aksiyası keçirən sabiq Prezidentin səhhəti ilə bağlı vəziyyəti qiymətləndirəcək.

6 həkimdən ibarət olan xüsusi qrup Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidzenin istəyi ilə ölkənin səhiyyə naziri tərəfindən yaradılıb. Xüsusi qrup bu gün Saakaşvilini geniş müayinədən keçirəcək və onun sağlamlığı ilə bağlı vəziyyəti qiymətləndirəcək.

Saakaşvilinin vəziyyəti kritik olaraq qiymətləndirilərsə, Tbilisinin “Vivamed” klinikasına köçürülə bilər.

N. Kipşidzenin sözlərinə görə, siyasətçi artıq nəzərəçarpacaq dərəcədə zəifləyib, solğunlaşıb və uzun müddətdir davam edən aclıq aksiyasına görə hərəkət etməkdə çətinlik çəkir. Saakaşvili isə öz növbəsində aclıq aksiyasını dayandırmaq niyyətində deyil.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=60437