Sabah leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

image-leysanbackend

Azərbaycan rayonlarında iyunun 14-ü axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Busaat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki