Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.59 $▼0.04%
  • WTI neft88.18 $▼0.08%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.268 $▼1.92%
  • Qızıl3 897 $▼0.52%
  • Gümüş49.90 $▼0.69%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.75 ¢▲0.76%
  • Bitcoin69 337 $▼2.85%
  • Ethereum1 952 $▼3.25%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

Sabirabadda DƏHŞƏT! 3 körpə doğuş zamanı ÖLDÜ 

image-1743404882_1724319414_de40be9f-06e4-3533-84a0-fd2e30567f6d_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında son on gündə üç uşaq ölümü qeydə alınıb.

BUSAAT.az xəbər verir ki, məlumatı “Teleqraf” yayıb.

Məlumata görə, hadisələrdən biri bayram günlərində baş verib. Doğumu körpə cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib. Uşaq qeysəriyyə yolu ilə doğulacaqmış, lakin son anda həkimlər qərarlarını dəyişərək təbii doğuş üsulunu seçiblər.

Doğuşdan iki saat sonra isə körpə dünyasını dəyişib. Vəfat etmiş uşağın valideyni, Sabirabad şəhər sakini Bayram Güləliyev faktı təsdiqləyib və sabah məsələ ilə bağlı baş həkimlə görüşəcəyini bildirib.

Xatırladaq ki, bu, Sabirabad MRX-da təsdiqini tapmış ikinci ölüm halıdır. Martın 30-da xəbər yayılıb ki, Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib. İlkin müayinə zamanı doğuşun gecikdiyi məlum olub. Belə halda isə körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq həkim bunu etməyib və qadını təbii doğuşa götürüb. X.Əsədovanın körpəsi həmin gün ölüb.

Sayt qeyd edir ki, bundan əlavə daha bir uşaq ölümü ilə bağlı iddialar var.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan üç körpənin ölümü ilə bağlı araşdırma başlayıb. Hadisələrlə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=161193