Şabran rayonunda təxminən 20-25 yaşlı naməlum kişi meyiti tapılıb.
Busaat.az xəbər verir ki, meyit rayon ərazisindən keçən “Şabrançay” su kanalından aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.