Şabranda davam edən yanğın məşhur otelin yaxınlığına çatdı – Video

image-yanginbackend

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qlaaltı” Hotelin yaxınlığına çatıb.

Busaat.az  xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.

Bildirilib ki, ötən gecə saatlarından etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır.

“Qalaaltı” İstirahət mərkəzinin Samir adlı əməmliyyatlar üzrə meneceri bildirib ki,  əgər təhlükə yaranarsa. Qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün Hotel əməkdaşları da fəaliyyətə keçiblər.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90