Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 171 $▼1.54%
  • Ethereum1 907 $▼1.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Saharaaltı Afrikadan 5 yer YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edlib

image-yunesko
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 45-ci iclasında Saharaaltı Afrikadan 5 yer YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Busaat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Müvafiq olaraq, Efiopiyanın cənubunda yerləşən 3500 metr hündürlüyündəki “Bale Dağları Milli Parkı” YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Təxminən 30 min il əvvəl məskunlaşdığı kəşf edilən Beyl dağları insanların hündürlükdə qurduğu ən qədim yaşayış sahəsi hesab olunurdu.

Həmçinin, Efiopiyada Gedeao icmasının üzvlərinə məxsus monumental klasterləri və kənd təsərrüfatı sahələrini ehtiva edən “Gedeo mədəni mənzərəsi” də siyahıya daxil edilib.

Siyahıya Mərkəzi Afrikadakı ən böyük fil populyasiyalarından biri olan Konqo Respublikasındakı “Odzala-Kokoua Milli Parkı” da daxil edilib.

Zəngin biomüxtəlifliyi ilə məşhur olan, dünyada nadir quş və kərtənkələ növlərinə ev sahibliyi edən Madaqaskardakı “Andrefana Quru Meşələri” də siyahıda yer alıb.

Toqonun şimal-şərqindəki ərazinin 2004-cü ildə “Koutammakou Torpaqları” olaraq qeyd edilən və Beninə qədər genişləndirilən hissəsi də siyahıya daxil edilib.

Koutammakou animist inanclara malik olan Batammariba icması tərəfindən çiy kərpicdən və müxtəlif yerli materiallardan tikilmiş ənənəvi evləri ilə tanınır.

Digər tərəfdən, uğurlu bərpa işləri nəticəsində Uqandanın paytaxtı Kampaladakı “Buqanda Kral Türbələri”nin Təhlükəli Dünya İrsi Siyahısından çıxarılmasına qərar verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122303