“Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlandı

image-1701952368_17019520884154447182_1200x630backend

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirlər açıqlanıb.

Busaat.az ARDNF-nın yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan dövrdə fondun gəlirləri 1 milyard 308 milyon dollar təşkil edib.

Kondensat satışından isə əldə olunan gəlirlər cari ilin 11 ayında 324 milyon 396 min dollar olur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki