Şahidlər işə düzəlmək üçün pul verdiklərini deyiblər – Generalın məhkəməsi

image-1708002528-1706607462-1705053305-1677251706-tofiq-hesenovjpg-1675197862backend

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Busaat.az xəbər verir ki, məhkəməyə Tofiq Həsənov videokonfrans vasitəsilə qatılıb.

Məhkəmə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub.

İclasda şahidlər dindirilib. Onlar işə düzəlmək üçün Pentensiar Xidmətə pul verdiklərini bildiriblər.

Məhkəmə 29 fevral 2024-cü il tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90