Salah gələcək planlarından danışdı

Salah gələcək planlarından danışdıbackend

“Liverpul”un futbolçusu Məhəmməd Salah gələcək planlarından danışıb.

Busaat.az xəbər verir ki, 28 yaşlı hücumçu bunları deyib:

“Real” və “Barselona” İspaniyanın ən yaxşı klublarındandır. Gələcəkdə nə olacğını kim bilir? İndi diqqətimi “Liverpul”a, İngiltərə Premyer Liqasını və Çempionlar Liqasını qazanmağa yönəltmişəm. Gələcəyimə gəldikdə, bu haqda nəsə demək çətindir. İndi hər şeyin klubun əlində olduğunu deyə bilərəm. Əlbəttə ki, “Liverpul”da bütün rekordlarımı qırmaq istəyirəm. Komanda ilə müvəffəqiyyət qazanmaq hər zaman mənim üçün birinci yerdədir”.

Qeyd edək ki, misirli futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında Mersisayd klubunun heyətində 12 oyuna 11 qol vurub

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki