“Sanksiyalara görə geri çəkilməyəcəyik” – Çavuşoğlu

“Sanksiyalara görə geri çəkilməyəcəyik” – Çavuşoğlubackend

“Türkiyə olaraq sanksiyalara qarşıyıq, kimin və kimə qarşı tətbiq etməsindən asılı olmayaraq”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclasından sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

“Keçmişdə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları olmuşdu. Biz qətiyyətlə razılaşmadıq və bunun doğru olmadığını dedik. Problemlər sanksiyalarla həll edilə bilməz. ABŞ-ın son sanksiya qərarı da səhv qərardır. Qərarın özü səhvdir. Hamı çox yaxşı bilir ki, sanksiyalara görə geri çəkilməyəcəyik. “S-400” məsələsi də daxil olmaqla bütün problemləri dialoq yolu ilə həll etməyi seçdik. Eynilə, Aİ ölkələrinə digər ölkələrlə münasibətlərimizi sorğulamaq əvəzinə dialoqu seçmələrini tövsiyə edirik”,- deyə Çavuşoğlu qeyd edib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90