
Şarl Mişel Əliyev-Paşinyan görüşünə hazırlıqdan yazdı
Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıq barədə yazıb.
Busaat.az xəbər verir ki, o öz tviter səhifəsində görüşdən əvvəl hər iki liderlə danışacağını bildirib.
“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə sabah Brüsseldə keçiriləcək dördüncü görüşdən əvvəl bu gün hazırlıq zəngləri (telefon –red) olacaq”, – deyə Mişel yazıb.
Qeyd edək ki, Aİ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü sabah Brüsseldə baş tutacaq.
























