Busaat.az məlumat verir ki, Dream Group International tərəfindən təşkil edilən Sea Breeze Yay Canlı Musiqi Mövsümünün açılışı Sea Breeze-də baş tutub.
Kurort şəhərində ilk dəfə olaraq mövsüm DJ Night formatında başlayıb və elektron musiqi pərəstişkarlarını sahildəki ən böyük yay səhnəsində bir araya gətirib.
Gecənin əsas aparıcıları beynəlxalq elektron musiqinin məşhur nümayəndələri – Sebastian Konrad, Franc Fala və BYOR idi.
Bu yay konsert mövsümü DJ Came ilə açıldı. Dünyanın müxtəlif festivallarında və klublarında ilhamverici musiqiləri eşidilən Sebastian Konrad beynəlxalq turnesi çərçivəsində Sea Breeze-də çıxış etdi. Franc Fala beynəlxalq house səhnəsinin özünəməxsus səsini təqdim etdi və gecəni beynəlxalq texnoloji house DJ və prodüseri, Tiësto’nun Musical Freedom leyblında sənətçi və hit “Belly Dancer”in yaradıcısı BYOR bağladı. Melodic house & techno, deep house, afro house və tech house Xəzər dənizinin sahillərində yay açıq havasının ritmini müəyyən etdi.
Sea Breeze-də çimərlik mövsümü rəsmi olaraq 1 iyun tarixində başlayıb.
Çimərliklər, üzgüçülük hovuzları, yeni qastronomik məkanlar, restoranlar, yemək meydançaları, həyat tərzi məkanları və istirahət zonaları kurort şəhərciyinin qonaqlarını gözləyir.
Bu il Sea Breeze 20 illik yubileyini qeyd edir.
Yubiley mövsümü çərçivəsində qonaqlar Sea Breeze Summer Live konsertləri, Shore House-da yeni LETO LIFE PRIVÉ konsert layihəsi, Nine Senses Fest 2026, xüsusi qonaq Miri Yusif və Live Band ilə White Beach Club-da yeni Shimmer restoranının açılışı, Moskva Circus on Ice şousu, Todes Camp rəqs düşərgəsi, IBA Champions Night beynəlxalq turniri və dünyanın hər yerindən məşhur sənətçiləri yenidən sahilə gətirəcək DREAM Fest 2026 beynəlxalq musiqi festivalı da daxil olmaqla zəngin tədbirlər proqramına qatıla bilərlər.








