“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadına ağır cəza verildi

image-sederek8backend

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Busaat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub.

Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşylar tapılaraq sahiblərinə qaytarılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90