Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Cəmiyyət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsindən iddialara cavab

image-media-4444-z3j9ge41hrxp085nctqu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sosial mediada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsində guya hərbi xidmətə yararsız olan cağırışçı Əhmədov Elşən Tanrıverdi oğlundan rüşvət tələb edilməsi ilə bağlı məlumat yayılıb. Ulusal.az məsələni araşdıraraq bəzi nüanslara aydınlıq gətirib. Adının açıqlanmasını istəməyən cağrışçıların sağlamlığını yoxlayan hərbi həkim komissiyasından bildirilib ki, mediada yayılan məlumatlar cəfəngiyyatdır. Adını açıqlanmasını istəməyən həkim qeyd edib ki, heç bir halda xəstə olan cağrışçı orduya aparıla bilməz.

“Cağırışçı Əhmədov Elşən Tanrıverdi oğlu həkim komissiyasından keçib və o, sağlam olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə göndərilib. Mətbuatda yer alan valideynin iddialarının heç bir əsası yoxdur. Çünki Azərbaycan Silahlı Qüvvələrində xidmətə fiziki və əqli sağlamlığı yerində olan cağırışçılar xidmətə göndərilir. Azərbaycan əsgəri kimi xidmət etmək hər bir şəxsin borcudur. Bu vətənə əsgər olmaq şərəf məsələsidir. Lakin bir amil var ki, biz fiziki sağlamlığı və yaxud əqli sağlamlığı yerində olmayan şəxsləri orduya göndərə bilmərik. Bəzi insanlar öz sağlam övladlarını ordudan yayındırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər ki, bu da yoverilməzdir. Mətbuatda adı hallanan Əhmədov Elşən Tanıverdi oğlu da Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün yayarlı olub və o xidmətə göndərilib”-deyə bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=111871