Məzmuna keç
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.87 $▼0.20%
  • WTI neft83.62 $▲0.76%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.791 $▲17.33%
  • Qızıl3 539 $▲0.17%
  • Gümüş41.08 $▼0.68%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin58 839 $▲0.05%
  • Ethereum1 617 $▼0.17%
  • S&P 5006 910▼3.72%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Hadisə

Səfərbərlik Xidmətinin 136 əməkdaşı məsuliyyətə CƏLB EDİLDİ

image-1709195112-sefer
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin  may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.

Busaat.az xəbər verir ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün Xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib.

Qeyd edək ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=136415