Səfir: ABŞ Azərbaycanla uzunmüddətli tərəfdaşlığa ümid edir

image-a7315bc7-ae81-358b-a86f-b5243ef76f8b_850backend

ABŞ Azərbaycanla uzunmüddətli tərəfdaşlığa ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ təhsili və iqtisadi inkişafı təşviq etmək, münaqişədən zərər çəkmiş məcburi köçkünlərə dəstək olmaq və ölkəni ölümcül minalardan təmizləmək üçün bir milyard dollardan çox vəsait ayırıb. Amma biz uzunmüddətli tərəfdaşlığa da ümid edirik. Biz birlikdə regionda sülhü təmin edəcək daha dərin əməkdaşlığa çalışırıq”, – səfir bildirib.

Diplomat xatırladıb ki, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinə başlayıb, məhbusların mübadiləsi ilə bağlı danışıqlar aparıb və sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxın olduqlarını açıq şəkildə bəyan ediblər.

“ABŞ bu əlamətdar addımların tarixi imkanlar pəncərəsi açdığını düşünür. Ermənistanla bağlanacaq sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq və Azərbaycana, bütünlükdə regiona fayda verəcək ticarət və praktiki əməkdaşlığa qapı açacaq. ABŞ hər iki tərəfi bu fürsətdən istifadə etməyə çağırmağa davam edir və biz kömək etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik”, – o deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki