Bir neçə gün öncə Polşanın Vrotslav şəhərində yaşayan azərbaycanlı qadın və uşağı itkin düşüb.
Busaat.az xəbər verir ki, məsələ ilə əlaqədar Azərbaycanın Polşadakı Səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən məlumatlıdırlar.
“Bununla bağlı aidiyyəti qurumlara müraciət də ünvanlanıb”, – sorğuya cavabda bildirilir.