Məzmuna keç
  • Brent neft88.68 $▼4.10%
  • WTI neft81.89 $▼3.36%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.377 $▲6.80%
  • Qızıl3 728 $▼1.56%
  • Gümüş44.98 $▼1.82%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 510 $▼3.64%
  • Ethereum1 763 $▼3.29%
  • S&P 5007 324▼0.23%
9°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

Şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi - Fotolar

image-suehidlere
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən müharibəsi qəhrəmanına mənzillərin sənədləri təqdim edilib.

Busaat.az  xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi zəfərdən bəhs edib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın işğaldan azad edildiyini, bu gün həmin ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, müharibədən sonrakı dövrdə şəhid ailələrini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri əhatə edən çevik və genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.

Eyni zamanda, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatına başlanıb. Bu gün onlardan daha bir qrupu da mənzillə təmin edilir.

A.Əliyev 2021-ci ilin planı üzrə artıq 1650 mənzilin şəhid ailələri və müharibə əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına verildiyini, ümumilikdə indiyədək bu kateqoriyadan olanlara 11 minə yaxın mənzil və fərdi ev təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir. 2018-2020-ci illərdə onlara 1300-dək, bu ilin ötən dövründə isə daha 150 avtomobil, ümumilikdə indiyədək 7350 avtomobil verilib.

 





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59157