Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.24 $▲0.56%
  • WTI neft88.69 $▲0.34%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.302 $▼1.29%
  • Qızıl3 899 $▼0.49%
  • Gümüş49.96 $▼0.59%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda593.75 ¢▲0.51%
  • Bitcoin68 728 $▼3.71%
  • Ethereum1 938 $▼3.92%
  • S&P 5007 592▼0.33%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Mədəniyyət

Şəhidlərə ithaf olunan “Azərbaycan bayrağı”: “Onlar bizim qürur yerimizdir” - Anar İlhamlı

image-b0a54a5f-7207-4387-b3d0-d325fbf170ca
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan və şəhadət zirvəsinə yüksələn qəhrəman şəhidlərimizin müqəddəs adı daha bir musiqi ilə əbədiləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademyiasının Hərbi Orkestrinin solisti gizir Anar İlhamlının ifasında “Azərbaycan bayrağı” adlı mahnı təqdim olunub.

Musiqisi Anar İlhamlıya, sözləri isə şair Ramiz Qusarçaylıya məxsus olan mahnı Vətən uğrunda canlarından keçən şəhidlərimizin heç vaxt yaddaşlardan silinməyən və əbədi iz buraxan işıqlı xatirəsinə ithaf olunub.

Anar İlhamlı təəssüratlarını “Busaat.az“-la bölüşüb:

“Müzəffər Ali Baş Komandanımızın iradəsi, qətiyyəti, yenilməz ordumuzun gücü, qüdrəti və ömrünü Vətən sevgisinə qurban verən şəhid oğulların sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Bu, Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi. Vətən Müharibəsində şücaət göstərən, bir an belə tərəddüd etmədən şəhadət şərbətini dadıb, şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, onların nurlu xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcumuzdur. Mən də şəhidlərimizin adının gözəl bir musiqi kompozisiyasında əbədiləşdirilməsini özümə vəfa borcu bildim. Çünki şəhidlər ölmür, onlar hər zaman könüllərdə yaşayır. “Azərbaycan bayrağı” nı qürurla, fəxarət hissi ilə ifa etdim. Çünki şəhidlər bizim qürur yerimizdir. Və onu da qeyd edim ki, vətənpərvərlik mövzusuna həsr etdiyim musiqilərin davam olacaq yeni musiqi əsərləri yaranacaq”.

Qeyd edək ki, Anar İlhamlı bir çox hərbi marş və vətənpərvər mahnıların müəllifidir.

 

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84189