
Separatçılar sabah Xankəndidə mitinq keçirəcək – TƏLƏBLƏR
Qondarma Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan dekabrın 17-də, saat 15:00-da Xankəndidə mitinq təşəbbüsü ilə çıxış edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı ARMENPRESS yayıb.
“Çətin vəziyyətdə keçirdiyimiz bu 4 gün hamımıza birləşməyin əhəmiyyətini anlamağa imkan verdi. Ona görə də sabah saat 15:00-da Xankəndidə mitinq keçirəcəyimizi elan edirik. Gücümüzü, birliyimizi və “Artsax”ın böyük güc olduğunu göstərmək üçün hər kəsi mitinqdə iştirak etməyə çağırıram” – deyə, Vardanyan bildirib.
Vardanyan deyib ki, o, “Artsax”ın müstəqillik, təhlükəsizlik və inkişaf proqramının həyata keçirilməsi üçün hələ uzun yol keçməli olduğunu başa düşür. “Ancaq bir-birimizə qarşı dürüst və ədalətli olmasaq, qələbə qazana bilmərik. Onlar üçün hansısa xüsusi şəraitin olacağına ümid edənlərin hamısı bu ümidindən əl çəkməlidir” – deyə, qondarma rejimin dövlət naziri bildirib.
Busaat.az























