
Separatçılardan BMT Təhlükəsizlik Şurasınıa təxribat ÇAĞIRIŞ: "Azərbaycan soyqırımı..."
Sözdə Artsax dövlətinin Milli Assambleyası çərşənbə axşamı “Artsax xalqı”nı təhdid edən humanitar fəlakətin qarşısının alınması ilə bağlı bəyanat qəbul edib.
Busaat.az xəbər verir ki, bəyanatda deyilir:
“Dünən, dekabrın 12-də bir qrup saxta ekoloq və jurnalist beynəlxalq hüququn bütün normalarını, habelə Dağlıq Qarabağda bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarını pozaraq, indiyədək davam edən Xankəndi-Gorus avtomobil yolu yenidən bağlayıb. Rəsmi Bakının bilavasitə təşkil etdiyi bu təxribat xarakterli hərəkətlər Artsaxın əhalisini boşaltmaq, onu zorla öz tərkibinə daxil etmək üçün hazırlanmış planların həyata keçirilməsinə yönəlib. 9 noyabr 2020-ci il tarixindən sonra imzalanmış Üçtərəfli Bəyannaməyə məhəl qoymayaraq, Artsax Respublikasının bir çox ərazilərini qanunsuz işğal edən Azərbaycan müntəzəm olaraq erməni yaşayış məntəqələrini atəşə tutur, dinc əhalini qətlə yetirir və terrora məruz qoyur, onların normal həyatını hər cür imkanlarla pozur. Ekoloqların iddia və hərəkətlərinin heç bir əsası yoxdur, çünki qonşu Azərbaycan əraziləri və orada yaşayan əhali üçün son 30 il ərzində qeydə alınmış ekoloji təhlükə qeydə alınmamışdır.
Artsax Respublikasının Milli Assambleyası bildirir ki, Azərbaycanın hərbi və siyasi hakimiyyətinin bu hərəkəti əldə edilmiş razılaşmaların, beynəlxalq öhdəliklərin, beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulması və xalqımızı soyqırım həddinə çatdırmaqdır.
Ermənistan Respublikasının hakimiyyət orqanları Artsax Respublikası ilə Ermənistan Respublikası arasında fasiləsiz quru əlaqəni bərpa etmək, habelə Artsax Respublikası vətəndaşlarının hüquqlarını qorumaq üçün obyektiv və təsirli addımlar atmağa borcludurlar.
Biz 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın iştirakçısı və regionda sülh və sabitliyin təminatçısı kimi Rusiya Federasiyasından Azərbaycanın ekstremist ambisiyalarının qarşısını almaq üçün təcili tədbirlər görməsini gözləyirik. Əks halda, biz Artsax ermənilərinin öz doğma torpaqlarında yaşamaq hüququ, eləcə də Rusiya sülhməramlı missiyasının səlahiyyəti məsələsi ilə bağlı problemlərlə üzləşəcəyik.
Biz beynəlxalq təşkilatları və BMT-yə üzv dövlətləri Azərbaycanın soyqırım siyasətini pisləməyə, təcili olaraq BMT Təhlükəsizlik Şurasının sessiyasını çağırmağa və bunun qarşısını almaq üçün əməli addımlar atmağa çağırırıq.
Biz Ermənistandakı soydaşlarımızı və diasporanı Azərbaycanın Artsaxda yaratdığı humanitar fəlakət haqqında müxtəlif platformalarda çıxış etmək üçün bütün imkanlardan istifadə etməyə, Artsax ermənilərinin hüquqlarının müdafiəsi üçün ayağa qalxmağa və lazımi tədbirlər görməyə hazır olmağa çağırırıq.
Əziz həmvətənlər,
Mübarizəmiz davamlıdır və doğma torpaqda yaşamaq iradəmiz sarsılmazdır”.
Busaat.az























