
Seperatçılar Rusiya sülhməramlı kontingentinə məktubla MÜRACİƏT ETDİ
Dekabrın 13-də sözdə Artsax Respublikasının Prezidenti Araik Arutyunyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının geniş tərkibdə iclası keçirilib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Arutyunyanın ofisi yayıb.
Məlumata görə, iclasda sözdə Artsax dövlətini xarici dünya ilə birləşdirən dəhlizin Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində yaranmış hərbi-siyasi vəziyyət müzakirə edfilib.
Vurğulanıb ki, dəhlizin fəaliyyətinə noyabrın 9-da Azərbaycan tərəfi tərəfindən öhdəlik götürülüb, ancaq Azərbaycan tərəfi buna riayət etmir.
Seperatçılar Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə məktubla müraciət etmək qərarına gəlib və koridorun bağlanmasını qəbuledilməz adlandırıb. Qeyd edilib ki, bu, humanitar fəlakətə gətirib çıxaracaq.
Arutyunyan vurğulayıb ki, dövlət orqanları əhalinin təhlükəsizliyinin və normal həyat fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin həlli üçün bütün tədbirləri görür.
Busaat.az























