Serbiya ilə Bolqarıstanın yeni qaz kəməri Azərbaycandan qaz almağa imkan verəcək – Vuçiç

image-1632055180-aleksandar-vucic-afp-750x500backend

Serbiya və Bolqarıstanı birləşdirəcək yeni qaz kəməri Azərbaycandan qaz almağa imkan verəcək.

Busaat.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib.

Vuçiçin sözlərinə görə, Serbiya və Bolqarıstan arasında sistemlərarası qaz kəməri sayəsində Serbiya digər Qərbi Balkan ölkələri üçün qaz tranziti ölkəsinə çevriləcək.

“Bildiyiniz kimi, biz il yarım əvvəl 402 km uzunluğunda mərkəzi qaz kəmərimizi çəkmişik, lakin əlavə qaz həcmlərinə ehtiyacımız var, ona görə də Bolqarıstanla birləşdirici konnektor digər mənbələrdən qaz almaq üçün vacibdir. Avropanın böyük hissəsindən fərqli olaraq, Serbiya yenidən sənayeləşir, ona görə də bizə daha çox qaz lazım olacaq. Bu kəmər Serbiyaya ildə 1,8 milyard kubmetr qaz gətirə bilər və o, ikitərəflidir. Beləliklə, qaz kəmərinin özümüzə aid hissəsi vasitəsilə biz Qərbi Balkanlardakı digər ölkələri də təmin edə biləcəyik, tranzit olacağıq”, – Vuçiç bildirib.

Bolqarıstan və Serbiya arasında qaz kəmərinin tikintisinə başlanılması artıq razılaşdırılıb. Mərasim zamanı Serbiyanın baş naziri Ana Brnabiç bildirib ki, bu, ölkəyə “Yunanıstandan LNG, Azərbaycandan və istənilən digər mənbələrdən qaz qəbul etməyə” imkan verəcək.

Bolqarıstan və Serbiya arasında qaz kəmərinin tikintisinin 2023-cü ilin oktyabr ayınadək başa çatdırılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 85,5 milyon avrodur, bunun 25 milyon avrosu Avropa İnvestisiya Bankının krediti, 49,6 milyon avrosu qeyri-dövlət qaynaqları hesabınadır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90