Belqrad Moskva ilə münasibətlərin harmonik inkişafına ümid edir.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç sosial media hesabında yazıb.
“Səfir Botsan-Xarçenko ilə konstruktiv görüşümüz oldu. Biz bütün aktual regional və qlobal məsələləri, həmçinin ikitərəfli mövzuların geniş spektrini müzakirə etdik. Rusiya ilə ahəngdar münasibətləri uzatmaq öhdəliyimizi bir daha bildirdik”, – o qeyd edib.
Xatırladaq ki, avqustun 24-də Botsan-Xarçenko bir sıra aktual beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparmaq üçün Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiq olduqlarını bir daha vurğulayıblar.