
Sergey Şoyqu çinli və hindistanlı həmkarları ilə müzakirələr aparıb
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri Vey Fınqi və Hindistanın müdafiə naziri Rajnath Singh ilə danışıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliynin yayıb.
Məlumata görə, Ukraynadakı vəziyyətin müzakirə edildiyi məsləhətləşmələrdə Şoyqu bildirib:
“Biz Ukraynanın “Kirli bomba”dan (tərkibində radioaktiv maddə olan bomba) istifadə edərək qəti addımlar atmaq ehtimalından narahatıq”.
Qeyd edək ki, Sergey Şoyqu daha əvvəl Türkiyə, Aİ, Fransa və İngiltərədəki həmkarları ilə telefon danışıqlarında “Kirli bomba” məsələsini müzakirə edib.
AB, Böyük Britaniya və Fransa xarici işlər nazirləri məsləhətləşdikdən sonra birgə bəyanat verərək, Rusiyanın iddialarını rədd edib və bunu Rusiyanın gərginliyi artırmaq üçün yeni bəhanəsi adlandırıblar.
Busaat.az























