“Şerif” Bakıya nə azarkeş, nə də jurnalist gətirəcək

image-75backend

“Zirə” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Şerif” (Moldova) Bakıya nə jurnalist, nə də azarkeş gətirəcək.

Bu barədə Busaat.az-a “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

Moldova təmsilçisi cavab qarşılşaması üçün Azərbaycana iyulun 17-də gələcək.

Qeyd edək ki, “Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki