Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Səudiyyə Ərəbistanı Azərbaycanda 20 min insanı işlə təmin edəcək - 500, 850 dollar...

image-1671442881_azerbaycan_erebistan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər Azərbaycandan 20 minə qədər insanı işlə təmin etməyə hazırdır.

Busaat.az Report-a istinadla xəbər verir ki, bu, Bakıda keçirilən biznes forum çərçivəsində Səudiyyə Ərəbistanının “ARCO for human resources” şirkəti ilə Azərbaycan Məşğulluq Agentliyi (HR Cell) arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulub.

Məqsəd məişət və biznes sahələrinə Azərbaycandan işçi qüvvəsini cəlb etməkdir. 24 aylıq əmək müqaviləsi əsasında həyata keçiriləcək bu işlər üçün aylıq əmək haqqı rekruitinq haqqına (500 ABŞ dolları) əlavə 850 ABŞ dollardan başlayır.

“Səudiyyə Ərəbistanının əmək bazarını böyütmək və bazarın yüksək tələbatını “Krallığın 2030-cu il baxışı” proqramının icra tələblərinə uyğun olaraq ödəmək üçün yerli məişət və biznes sahələrinə ixtisaslı insan resursları cəlb olunacaq. Səudiyyə Ərəbistanı bazarında bütün fəaliyyət növləri və peşələri üzrə iş yerləri var, Azərbaycan vətəndaşları üçün Səudiyyə Ərəbistanı Krallığında məşğulluq imkanları isə iki ölkə arasında münasibətlərin və strateji əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək”, – memorandumda deyilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94552