
Səudiyyə Ərəbistanına planlaşdırılan hücumla bağlı - İran XİN -dən AÇIQLAMA
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Səudiyyə Ərəbistanına hücuma hazırlıq barədə məlumatı təkzib edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin saytında yer alıb.
“İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərir, regionda sabitlik və təhlükəsizliyi gücləndirməyə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək” – deyə, Kənani deyib.
Qeyd edək ki, bir müddət əvvəl “Reuters” Milli Təhlükəsizlik Şurasına (MTŞ) istinadən bildirib ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına yönəlik təhdidlərdən narahatdır və lazım gələrsə, cavab verməyə hazırdır.
İranın Səudiyyə Ərəbistanına hücum etməyə hazırlaşdığı iddiası ilə ilk dəfə “The Wall Street Journal” qəzeti çıxış edib. Qəzet etibarlı mənbələrə istinadən xəbər verib ki, İran Səudiyyə Ərəbistanı və İraqın Ərbil şəhərinə hücum etməyə hazırlaşır.
Busaat.az























